×
A
A
A
Sazlamalar

Saatlı rayon sakinindən bir kiloqrama yaxın marixuana götürülüb

Bakı, 12 dekabr, AZƏRTAC 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi bir kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə 2019-12-12 16:30:00