×
A
A
A
Sazlamalar

2020-ci ildə qlobal neft tələbatı sutkada 101,5 milyon barrel olacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Gələn il qlobal neft tələbatının gündəlik 101,5 milyon barrel olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı bu ilə görə 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 101 milyon 500 min barrel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda gələn il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barrel planlaşdırırdı.
IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 700 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

Neft - qaz 2019-12-12 15:11:00