×
A
A
A
Sazlamalar

İrandan Azərbaycana satmaq üçün iki kiloqramdan çox heroin gətirən şəxs cinayət məsuliyyətinə cəlb edilib VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti dəfə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş İntiqam Hüseynov əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad rayonunun Muğan kəndi ərazisində saxlanılıb. Onun idarə etdiyi “VAZ 21015” markalı avtomobilin salonuna baxış zamanı iki bağlamada 2 kiloqram 630 qram heroin aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı İntiqam Hüseynov həmin narkotik vasitəni əvvəldən tanıdığı, şəxsiyyəti istintaqa məlum olmayan Mehdi adlı İran vətəndaşından satmaq məqsədilə aldığını bildirib. İntiqam Hüseynov ifadəsində həmin şəxsdən əvvəllər də dəfələrlə narkotik vasitələr əldə edərək Bakıda satışını təşkil etdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2019-12-12 14:38:00

Video