×
A
A
A
Sazlamalar

® “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla

Səyahətsevərlər üçün sərfəli rominq təklifləri ilə seçilən “Nar” Yeni il ərəfəsində abunəçilərinin bayram ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib. Belə ki, mobil operatorun rəsmi “Instagram” səhifəsində dekabrın 19-dək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili Moskvada qarşılamaq imkanı qazanacaq. 

Müsabiqəyə qoşulmaq üçün “Nar”ın “Instagram” səhifəsinin hekayə bölməsində paylaşılan 5 suala düzgün cavab vermək lazımdır. Qalib bütün suallara düzgün cavab vermiş istifadəçilər arasından təsadüfi üsulla seçiləcək. Birinci yerin sahibi olan “Nar” abunəçisi dekabrın 31-dən yanvarın 6-dək davam edəcək səyahəti zamanı həm Moskvanın əsrarəngiz gözəlliyindən zövq alacaq, həm də keyfiyyətli rominq xidmətindən yararlanacaq.
Qeyd edək ki, qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq.

 

İKT 2019-12-12 14:30:00