×
A
A
A
Sazlamalar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 241-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Salmanov Vüqar Yusif oğlunun və 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının üzvü Əfəndiyev Vaqif Məhəmməd oğlunun səlahiyyətlərinə 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. Süleymanov Məzahir Salman oğlu ərizəsinə əsasən 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

3. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək Alizadə Yaqub Hüseyn oğlu 8 saylı Binəqədi birinci, Qulamov Anar Höcətulla oğlu 42 saylı Sumqayıt ikinci, Kərimov Eflan Kamal oğlu 51 saylı Qusar, Ələkbərov Elçin Nəhməd oğlu və Səfərov İbadət Nüsrət oğlu 68 saylı Cəlilabad kənd, Qubadlı Fuad Cahangir oğlu 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, Ələkbərov Cavid Əliağa oğlu 77 saylı Astara, Əzizov Siyab Xeyrulla oğlu 79 saylı İmişli, Hüseynov Şamil Mehti oğlu 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

4. Bayramova Aytəkin Eyvaz qızı 8 saylı Binəqədi birinci, Mürsəlov Fuad Malik oğlu 46 saylı Şirvan, Cabbarov Rəfail Firidun oğlu 47 saylı Mingəçevir, Kərimov Rasim Müslüm oğlu 92 saylı Zərdab-Ucar, Məmmədov Natiq Nizami oğlu 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Qərarlar 2019-12-11 22:01:00