×
A
A
A
Sazlamalar

UNEC-in professoru Rusiyanın aparıcı universitetində mühazirə deyib

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sankt-Peterburq Dövlət İqtisad Universitetində mühazirə deyib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor maliyyə və kredit ixtisası üzrə beynəlxalq magistratura proqramında təhsil alan tələbələrə “Dünya ölkələrinin bank sistemi” və “Beynəlxalq valyuta-kredit münasibətləri“ fənlərini tədris edib.

Elm və təhsil 2019-12-11 17:15:00