×
A
A
A
Sazlamalar

XII Beynəlxalq “Future Stars” klassik musiqi festivalının açılışına həsr olunmuş konsert

Bakı, 11 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XII Beynəlxalq “Future Stars” klassik musiqi festivalının açılışına həsr olunmuş konsert keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, konsertdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, akademiyanın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivi iştirak ediblər.
Tədbirdə Uşaq Dövlət Filarmoniyasının Gənclər Simfonik orkestri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” kamera orkestrinin ifasında müxtəlif əsərlər ifa olunub.

Elm və təhsil 2019-12-11 16:26:00