×
A
A
A
Sazlamalar

Dağ büllurundan hazırlanan daşı üzərində gəzdirmək immun sistemində müəyyən dəyişikliklərə səbəb olur

Bakı, 10 dekabr, AZƏRTAC

Şəffaf və gözəl görünüşü ilə göz oxşayan dağ bülluru dünyanın ən nadir daşlarından hesab olunur. Açıq rəng çaları və görüntüsü ilə diqqəti cəlb edən dağ bülluru adətən rəngsiz, su kimi şəffaf olsa da, sarı və digər açıq rəng tonlarına rast gəlinir. Qeyd edək ki, kvars qumları şüşə istehsalı üçün əsas xammal hesab olunur. Dağ bülluru tərkibinə görə tez cilalanır və nəticədə ondan müxtəlif aksesuar və bijüteriyalar hazırlanır.
Şəffaf daşın diqqət çəkən daha bir cəhəti onun müalicəvi tərkibə malik olmasıdır. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov daşın həmin keyfiyyəti barədə AZƏRTAC-a deyib: "Mavi rəngli dağ bülluru immun sistemi gücləndirir, qan dövranını yaxşılaşdırır, əsəblərə yaxşı təsir edir. Həmin problemlə üzləşənlərin daşı üzərində gəzdirməsi immun sistemində müəyyən qədər dəyişikliklər yaradır.
Dağ bülluru ürək, mədə, göz, qaraciyər və ağciyər xəstəliklərinin müalicəsi zamanı kömək edir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirici təsir göstərir, yaddaşı gücləndirir. Onun sinir sistemi xəstəliklərinə müsbət təsiri də müəyyən edilib. Şəffaf və zərif büllur daşından hazırlanan aksesuarlar orqanizmə çox faydalı təsir göstərir".

Sağlamlıq klubu 2019-12-10 17:41:00