×
A
A
A
Sazlamalar

Astarada ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tarix dərsləri keçirilir

Astara, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş tarix dərsləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərslərdə Astara şəhər 2, Pensər kənd 1, Ərçivan qəsəbə 3 nömrəli, Maşxan və Süvi kənd tam orta məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərkəzin direktoru Kübra Səmədova və digərləri mövzu ilə bağlı məktəblilər qarşısında çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti ilə həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar, Ümummilli Liderimiz tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir.
Dərslərdə “Dahi şəxsiyyət”, “Heydər Əliyev və müasir Azərbaycan” adlı sənədli filmlər də nümayiş olunub.
Məktəblilər, həmçinin Mərkəzin “Elektron kitabxana”sında saxlanılan kitablardan ibarət sərgi ilə də tanış olublar.

 

Regionlar 2019-12-10 01:40:00