×
A
A
A
Sazlamalar

Böyük Britaniyada parlament seçkiləri kampaniyası davam edir

London, 10 dekabr, AZƏRTAC

Böyük Britaniyada dekabrın 12-də keçiriləcək parlament seçkiləri kampaniyası davam edir.
Mühafizəkarlar Partiyasından olan Baş Nazir Boris Conson Brexiti yanvarın 31-də sonlandıracağını vəd edib. O həmçinin, keçid dövrünü uzatmayacağını qeyd edib, yeni immiqrasiya sisteminin tətbiq olunacağını bildirib.
Ölkənin digər güclü partiyalarından olan Leyboristlər isə Brexit üçün yanvarda yeni referendum keçirilməsini istəyir, yoxsulluğu aradan qaldırmağı vəd edir.
Qeyd edək ki, seçkiqabağı sorğular zamanı Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası irəlidə olub.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-12-10 03:27:00