İmadəddin Nəsimiyə həsr olunan ədəbi-bədii tədbir
Bakı, 9 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evi və Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin birgə təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsimi-650 illik dəyərimiz” adlı növbəti musiqili ədəbi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, tədqiqatçı-şair Arif Buzovnalı açaraq Nəsimi yaradıcılığı və hürufilik təriqəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxışlarında Nəsiminin yazdığı misraları arasına sığdırdığı sirli dünyasından, irfani və fəlsəfi düşüncələrindən bəhs ediblər.
Daha sonra ədəbi-bədii hissədə muğamlar ifa edilib, şairin qəzəlləri söylənilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir