×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1337) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2019-cu il.

Sərəncamlar 2019-12-09 16:09:00