×
A
A
A
Sazlamalar

Şamaxıda 1790 tondan çox meyvə istehsal olunub

Şamaxı, 9 dekabr, AZƏRTAC

Şamaxı rayonunda cari ildə 1792,3 ton meyvə istehsal olunub və bu göstərici ötən ildəkindən 150,1 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Şamaxıda 605,7 hektar meyvə bağı var. Bağlarda əsasən alma, armud, qoz, fındıq və xurma yetişdirilir.
Qeyd edək ki, son illər rayonda bağların sahəsi 50 hektaradək artıb. İstehsal olunan məhsullar yerli və ətraf rayonların, habelə respublikanın iri şəhərlərinin bazarlarına göndərilir.

Kənd təsərrüfatı 2019-12-09 12:35:00