×
A
A
A
Sazlamalar

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 7 dekabr, AZƏRTAC 

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2019-12-07 18:54:00