×
A
A
A
Sazlamalar

Azərbaycanda keçirilən ağacəkmə aksiyası Türkiyənin yerli və beynəlxalq xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb

İstanbul, 7 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyası Türkiyənin yerli və beynəlxalq xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi aksiyada Azərbaycan xalqının həmrəylik nümayiş etdirdiyi qeyd olunub. Bu, ekoloji aksiyanın dünyada baş verən iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması baxımından mühüm rol oynadığı vurğulanıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Ekologiya 2019-12-07 17:55:00