×
A
A
A
Sazlamalar

Şəmkirdə keçmiş məhkumlardan bir kiloqramdan çox marixuana götürülüb

Bakı, 7 dekabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Qaracəmirli kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədlidə 14,672 qram marixuana aşkarlayıblar.
Aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmış həmkəndlisi, əvvəllər məhkum olunmuş Ş.Rzayev də saxlanılıb.
Ş.Rzayevin evinə baxış zamanı 1 kiloqram 67,820 qram marixuana götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-12-07 17:04:00