×
A
A
A
Sazlamalar

Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib

Bakı, 6 dekabr, 2018 

Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbir Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqat Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Moldova Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycanı tədbirdə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli təmsil edib.
Tədbirdə bir çox tanınmış alimlərlə Nəsimi yaradıcılığı haqqında elmi söhbətlər aparan Teymur Kərimlinin fikirləri maraqla qarşılanıb. Tədbir çərçivəsində qonaqlar Azərbaycan kitablarından, o cümlədən Nəsiminin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Elm və təhsil 2019-12-06 16:14:00