×
A
A
A
Sazlamalar

Azərbaycan-Finlandiya əlaqələrinə dair müzakirələr aparılıb

Bakı, 5 dekabr, AZƏRTAC
Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın Xarici İşlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.
Tərəflər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Xarici siyasət 2019-12-05 19:18:00