“Sedimentologiyanın əsasları” kitabının təqdimatı olub
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Sedimentologiyanın (litologiyanın) əsasları” kitabının təqdimat mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Əməkdar geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadənin müəllifi olduğu kitab dörd hissədən ibarətdir. Nəşr ali məktəblərin geologiya və geofizika ixtisasları üçün nəzərdə tutulub.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri mərasimdə AZİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitab evinin fəaliyyəti barədə məlumat verib, təqdim olunan nəşrin əhəmiyyətindən danışıb.
Universitetin geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd Paşayev, faydalı qazıntı yataqları kafedrasının müəllimləri, dosentlər Ağamehdi Ağayev, İbrahim Məmmədov, Qamət Hüseynov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Yeni nəşrin bir neçə nüsxəsi Azİİ Elektron Kitab Evinə verilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır