×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 13-də saat 10.00-da Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində
Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-dən 11-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

Elm və təhsil 2019-12-05 10:57:00