×
A
A
A
Sazlamalar

“Bakutel 2019”da IT sahəsində məktəb və universitetlərin rolu müzakirə olunub

Bak, 4 dekabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində "IT üzrə mütəxəssislərin formalaşmasında məktəb və universitetin rolu: çağırışlar və ehtiyaclar" mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, müzakirələr ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubovun moderatorluğu ilə keçirilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov, Bakı Dövlət Universitetinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Ramin Mahmudzadə, Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva, “Kapital Bank”ın İnformasiya sistemlərinin inkişafı departamentinin baş mütəxəssisi Elxan İbrahimov və başqalarının təqdimatları dinlənilib.
Təqdimatlardan sonra sual-cavab sessiyasında informasiya texnologiyaları, onun tədrisi, bu sahədə qarşıya çıxan problemlərlə əlaqədar iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.

Elm və təhsil 2019-12-04 18:53:00