×
A
A
A
Sazlamalar

Çexiyada magistral yollarda gedişə görə rüsum tutulmasının peyk sistemi tətbiq edilib

Praqa, 4 dekabr, AZƏRTAC
Bu günlərdə Çexiyada avtobanlarda və birinci dərəcəli yollarda yük maşınlarının hərəkətinə görə rüsum tutulmasının peyk sistemi tətbiq edilib. AZƏRTAC xəbər verir ki, indi uzaq məsafəyə işləyən bütün yük maşınları və avtobuslar xüsusi bort qurğuları ilə təchiz edilib.
Pullu yollara girişdə tıxacların yaranmasından ehtiyat edən bəzi ekspertlərin bədbin proqnozlarına baxmayaraq, yeni sistem rahat tətbiq edilib. Sərhəd yollarında tıxacların yaranması ehtimalı da ekspertlərin narahatlığını doğuran səbəblərdəndir də budur ki, qeydiyyatın rəsmiləşdirilməsi zərurətinə görə. Bununla belə, həmin proqnozlar özünü doğrultmayıb.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Texnologiya 2019-12-04 17:49:00