Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Ərəbistan rəngləri” Budapeştdə

Budapeşt, 3 dekabr, AZƏRTAC

Gələn həftə Budapeştdə “Ərəbistan rəngləri” adlı sərgi açılacaq. AZƏRTAC xəbər verir ki, açılış mərasimində ərəb ölkələrinin Macarıstandakı səfirləri iştirak edəcəklər. Açılış mərasiminə digər ölkələrin Budapeştdə akkreditə olunmuş diplomatları, macar siyasətçilər, incəsənət xadimləri dəvət olunublar.
Artıq səkkizinci dəfədir bu formatda keçirilən sərgidə bütün ərəb ölkələrindən rəssamlar, heykəltəraşlar, tətbiqi sənət ustaları iştirak edirlər.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-12-03 20:29:00