Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Papa Fransisk Lesbos adasındakı miqrantların bir hissəsinin İtaliyaya gətirilməsini tapşırıb

Afina, 3 dekabr, AZƏRTAC

Roma Papası Fransisk 33 miqrant ailəsini Romaya gətirmək üçün köməkçisi Konrad Krayevskini Yunanıstanın Lesbos adasına göndərib.
Bu barədə Vatikan Administrasiyası məlumat yayıb.
Papa Fransisk bu addımı ilə yunan xalqı və miqrantlar ilə həmrəyliyini ifadə edib. Miqrantlar İtaliyaya gətirildikdən sonra onların beynəlxalq mühafizəsi üçün prosedurlara başlanacaq.
Roma Papası 2016-cı ildə Lesbos adasını ziyarət edərkən üç suriyalı ailəni özü ilə İtaliyaya gətirmişdi.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-12-03 19:56:00