Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İngiltərə və İrlandiya 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edə bilərlər

Bakı, 3 dekabr, AZƏRTAC

İngiltərə və İrlandiya Futbol federasiyaları 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmək istəyirlər.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə və İrlandiya federasiyaları dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya rəsmi müraciət edəcəklər.
Qeyd edək ki, indiyədək Portuqaliya və İspaniya, Kolumbiya, Ekvador və Peru mundiala birgə ev sahibliyi etmək istədiklərini açıqlayıblar.

 

İdman 2019-12-03 18:41:00