Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İran parlament seçkilərinə hazırlaşır

Tehran, 3 dekabr, AZƏRTAC

İranda keçiriləcək parlament seçkilərində namizəd olmaq istəyənlərin qeydiyyatı başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli məlumat verib. O bildirib ki, namizəd olmaq istəyənlər Tehranda və digər şəhər və kəndlərdə yaradılmış qərargahlarda qeydə alına bilərlər. Qeydiyyat dekabrın 7-nə kimi davam edəcək.
İran qanunlarına əsasən qeydə alınanların siyahısı Konstitusiya Şurasına təqdim olunacaq. Şura siyahıda düzəlişlər etdikdən sonra təsdiq edəcək və namizədlər təbliğat kampaniyasına başlayacaqlar.
Xatırladaq ki, İranda növbəti parlament seçkiləri fevralın 2-də keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-12-03 18:37:00