Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tofiq Karayevin şərəfinə atletika üzrə Respublika turniri keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 7-də Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor Tofiq Karayevin şərəfinə atletika üzrə XXIII ənənəvi Respublika turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan yeniyetmələrdən ibarət 40 komanda birincilik uğrunda mübarizə aparacaq. Hər bir komandada bir qız və bir oğlan olmaqla 80 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimi dekabrın 7-si saat 13:30-da baş tutacaq.

İdman 2019-12-03 17:52:00