Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Tottenhem”in hücumçusu Son Xın Min Asiyada ilin ən yaxşı futbolçusu seçilib

Bakı, 3 dekabr, AZƏRTAC
İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Son Xın Min Asiyada qitə xaricində forma geyinən futbolçular arasında 2019-ci ilin ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı koreyalı hücumçu bu mükafat uğrunda mübarizədə Rusiyanın “Zenit” komandasının 24 yaşlı iranlı hücumçusu Sərdar Azmunu və Almaniyanın “Ayntraxt” klubunun yaponiyalı yarımmüdafiəçisi Makoto Xasebeni qabaqlayıb.
Xatırladaq ki, Son Xın Min karyerası ərzində üçüncü dəfə Asiyanın ən yaxşısı seçilib. O, cari mövsümdə “Tottenhem”in heyətində keçirdiyi 18 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

İdman 2019-12-03 17:34:00