Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cüdo üzrə açıq birinciliyin qalibləri müəyyənləşib

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun cüdo üzrə açıq birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 14 komandanın tərkibində 111 idmançı mübarizə aparıb.
Yekun nəticəyə görə, ümumi hesabda “Gömrükçü” komandası birinci pillədə qərarlaşıb. “Neftçi” ikinci, “Kano” komandası isə üçüncü yeri tutublar. Açıq birincilikdə ilk üç yeri tutmuş idmançılar diplom və medallarla təltif ediliblər. Yarışda fərqlənənlərə müxtəlif nominasiyalar üzrə diplomlar da təqdim edilib.

İdman 2019-12-03 17:30:00