ABŞ lazım gələcəyi təqdirdə KXDR-ə qarşı silahdan istifadə etməyə hazırdır
Bakı, 3 dekabr, AZƏRTAC
Prezident Donald Tramp KXDR lideri Kim Çen In ilə yaxşı münasibətlərinin ABŞ-ın lazım gələcəyi təqdirdə Şimali Koreyaya qarşı silahdan istifadə etməsinə mane olmayacağını deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp bu barədə NATO-nun Londonda keçiriləcək sammiti ərəfəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.
ABŞ Prezidenti KXDR barədə suallara cavab verərkən, həmçinin Asiyadakı müttəfiqlərini - Cənubi Koreya və Yaponiyanı hərbi xərclərini artırmağa, öz təhlükəsizliklərini təmin etməyə daha çox xərc qoymağa çağırıb.
“ABŞ Cənubi Koreyanın müdafiəsinə külli miqdarda vəsait xərcləyir. Mən Yaponiyaya da səslənirəm – siz varlı və böyük ölkəsiniz və bizə kömək etməli, təhlükəsizliyinizə çox pul xərcləməlisiniz”, - deyə Donald Tramp əlavə edib.
Asiya İnkişaf Bankı Özbəkistana 500 milyon dollar ayırıb
Yaponiya Baş nazirinin Hindistana planlaşdırılan səfəri təxirə salınıb
Gürcüstanın turzimdən gəlirləri 300 milyon dollar azalıb