Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lekler “Ferrari”də Hemiltonla birlikdə çıxış etməyə qarşı deyil

Bakı, 3 dekabr, AZƏRTAC 

“Ferrari” komandasının pilotu Şarl Lekler etiraf edib ki, 2021-ci ildə Luis Hemiltonun italyan komandasına gəlməsinə qarşı deyil.
AZƏRTAC xəbər verir ki, “GPFans” portalı Şarl Leklerin sözlərini sitat gətirir: “2021-ci ildə Luis Hemiltonu “Ferrari” komandasında öz tərəfdaşım olaraq görməyə şad olarammı? Əlbəttə, bəli. Biz Formula 1 yürüşlərində çıxış edirik və ən yaxşı yürüşçülərlə mübarizə aparmaq istəyirik. Bu il mənim dördqat dünya çempionu Sebastyan Fettellə eyni komandada çıxış etmək imkanım oldu və mən ondan çox şey öyrəndim. Çempionlardan öyrəniləsi şey çoxdur, ona görə də Luislə eyni komandada işləməyin əleyhinə deyiləm”.
Bundan əvvəl KİV-lərdə belə bir xəbər yayılıb ki, Hemilton 2021-ci ildə öz karyerasını “Ferrari” komandasında davam etdirmək məsələsini ciddi şəkildə nəzərdən keçirə bilər. Onların məlumatına görə, “Mercedes” komandasının pilotu artıq iki dəfə “Ferrari”nin prezidenti Con Elkann ilə görüşüb.

İdman 2019-12-03 16:27:00