Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Londonda Avropa Xəbər Agentlikləri Alyansı Şurasının iclası keçirilib

London, 3 dekabr, AZƏRTAC 

Böyük Britaniya paytaxtında dünən keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının iclası ilə yanaşı, elə buradaca Avropa Xəbər Agentlikləri Alyansı (EANA) Şurasının iclası da keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa alyansın prezidenti, Almaniyanın dpa xəbər agentliyinin rəhbəri Piter Kropş sədrlik edib.
İclasda alyansın NACO Şurasında iştirakının taktiki məsələləri, xüsusən növbəti Konqresin keçiriləcəyi yerlə bağlı seçkilərin yekunları və EANA-nın bu məsələdə mövqeyi müzakirə olunub.
EANA-nın baş katibi Aleks Giboinin hesabatı dinlənilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Siyasət 2019-12-03 16:00:00