Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fransada qeyri-sabit hava şəraiti ölkənin cənubunu iflic edib

Paris, 3 dekabr, AZƏRTAC

Fransada qeyri-sabit hava şəraiti ölkənin cənubunu iflic edib.
AZƏRTAC xəbər verir ki, güclü yağışlar nəticəsində Alp-Yuxarı-Provans (Alpes-de-Haute-Provence) departamentində böyük qaya evlərin üzərinə uçub. Ətraf evlərin sakinləri təxliyə ediliblər.
Vokluz (Vaucluse) departamentində isə qeyri-sabit hava fermerlərə böyük ziyan vurub. 2000 qoyun bir neçə saat ərzində daşqın sularında tələf olub.
Ölkənin cənubunda qeyri-sabit hava şəraiti davam edir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-12-03 15:44:00