Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb

Tbilisi, 3 dekabr, AZƏRTAC

Noyabrda Gürcüstanda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, ötən ilin eyni ayına görə isə 6,3 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, noyabrda ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2 faiz, süd, pendir, digər ağartı məhsulları və yumurtanın qiyməti 2,7 faiz, tərəvəzin qiyməti 9,3 faiz, qəhvə, çay və kakaonun qiyməti 2,1 faiz bahalaşıb.
Meyvə və üzümün qiyməti isə 5,8 faiz ucuzlaşıb. Ölkədə çörəyin qiymətində 1,3 faiz bahalaşma qeydə alınıb.
Hesabat dövründə geyim və ayaqqabı qrupu üzrə məhsulların qiymətində 2,1 faiz artım olub.
İllik inflyasiya isə 7 faiz təşkil edib. Ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti illik göstəricidə 13,4 faiz, alkoqollu içkilər və tütünün qiyməti 15,4 faiz, nəqliyyat xərcləri 3,1 faiz, istirahət xərcləri 7 faiz, restoran və mehmanxana xərcləri isə 7,4 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 

Dünya 2019-12-03 13:48:00