Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan U-17 millisi İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə qarşılaşacaq

Bakı, 3 dekabr, AZƏRTAC

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə birgə mübarizə aparacaq.
Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.

 

İdman 2019-12-03 13:40:00