Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq dərəcəli hakimimiz Çempionlar Liqasının oyununa təyinat alıb

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasının matçına təyinat alıb.
AZƏRTAC xəbər verir ki, E.Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək “Verva” (Polşa)–“TOURS” (Fransa) oyununda ikinci hakim olacaq.
Dekabrın 4-də Varşavadakı “Ursinov Arena”da keçiriləcək görüşdə əsas referi funksiyasını Andrey Zenoviç (Rusiya) yerinə yetirəcək.

İdman 2019-12-03 13:43:00