Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin Uludağ bölgəsində itkin düşən alpinistlərin axtarışları davam edir

İstanbul, 3 dekabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin Uludağ qış turizm bölgəsində itkin düşən iki alpinistin axtarışları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, İstanbuldan Uludağa gedən alpinistlərin axtarışları yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Otuz saatdan çox davam edən axtarışlar hələ ki nəticə verməyib.
Axtarış-xilasetmə işlərinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Jandarm Qüvvələrinin xüsusi əməliyyat dəstəsinin, Jandarm Axtarış-Xilasetmə Xidmətinin, AKUT Axtarış-Xilasetmə Dərnəyinin və digər qurumların 140 nəfərdən çox heyəti cəlb olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-12-03 13:41:00