Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rapid və blits üzrə dünya çempionatı Moskvanın “Lujniki” arenasında keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Rapid və blits üzrə dünya çempionatı (King Salman World Cup) dekabrın 25-dən 30-dək Moskvanın “Lujniki” arenasının VIP kompleksində keçiriləcək.
AZƏRTAC FIDE-nin saytına istinadla xəbər verir ki, rapid və blits üzrə dünya çempionatlarının ümumi mükafat fondu bir milyon dollardır.
Ötən il Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ilə əlaqədar “Lujniki” arenasında aparılan əsaslı təmirdən sonra yaradılan VIP kompleksi stadionun C sektorunda yerləşir.
Qeyd edək ki, bu turnir bundan əvvəl Səudiyyə Ərəbistanında keçirilib. Mərhum Kral Salmanın adını daşıyan turnir FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin Səudiyyə Ərəbistanının rəhbərliyi ilə apardığı danışıqlardan sonra dünya çempionatı statusunun saxlanılması şərti ilə Rusiyada keçirilməsinə dair razılıq əldə olunub. Ötən il “King Salman World Cup” adı altında dünya çempionatı Sankt-Peterburqda keçirilib. Kişilər arasında rusiyalı Daniil Dubov (rapid), norveçli Maqnus Karlsen (blits), qadınlar arasında çinli Cu Vencun (rapid), rusiyalı Yekaterina Laqno (blits) qalib olub.

İdman 2019-12-03 13:19:00