Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan millisinin Monteneqro yığması ilə oyunlarının vaxtı dəyişdirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar dəyişdirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri, əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 3-də və 5-də deyil, dekabrın 4-də və 6-da keçiriləcək.

 

İdman 2019-12-03 13:18:00