Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan: NATO-nun yenilənməsi qaçılmazdır

Bakı, 3 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qaçılmaz olduğunu deyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu fikri Şimali Atlantika Alyansının növbəti sammitinin keçiriləcəyi Londona səfərindən öncə Ankaranın Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında səsləndirib.
“NATO-nun özünü yeniləməsi qaçılmazdır. Üzv ölkələrin alternativ axtarmaq əvəzinə NATO-nu ortaq təhdidlər qarşısında daha güclü edəcək səylər göstərəcəyini, terrorla mübarizədə bizimlə həmrəylik nümayiş etdirəcəyini gözləyirik, - deyə Türkiyənin NATO-nun əvəzolunmaz üzvü olduğunu qeyd edən Prezident bildirib.
NATO-nun sammiti dekabrın 3-4-də Böyük Britaniyanın paytaxtında keçiriləcək. Xarici KİV-lərdə yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın sammit meydanlarında ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonla ikitərəfli görüşləri gözlənilir.

 

Dünya 2019-12-03 12:52:00