Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Voleybol Federasiyasının əməkdaşı beynəlxalq oyuna təyinat alıb

Bakı, 3 dekabr, AZƏRTAC
Almaniyanın Fridrihşafen şəhərində kişi voleybolçular arasında Çempionlar Liqasının oyunu keçiriləcək. E qrupu çərçivəsində təşkil olunacaq "Fridrihşafen"-Rozelar” (Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.
AZƏRTAC xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək oyun “Fridrihşafen Arena”da olacaq.

İdman 2019-12-03 02:38:00