Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İqor Dodon ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib

Kişineu, 3 dekabr, AZƏRTAC

Moldova Prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, İ.Dodon yerli telekanala açıqlamasında bu məsələyə toxunub.
“Növbəti dəfə prezident seçkilərində iştirakla bağlı yekun qərar haqqında danışmaq tezdir. Ancaq seçkilərdə iştirakım istisna deyil”, - deyə İ.Dodon əlavə edib.
Qeyd edək ki, İ.Dodon 2016-cı il dekabrın 23-dən Moldovanın prezidentidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu 

Dünya 2019-12-03 04:23:00