Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə ordusu iki şəhid verib

İstanbul, 2 dekabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatında iştirak edən hərbçiləri terrorçuların hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum zamanı yaralanan hərbçi Harun Çinar çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
İraqın şimalında davam etdirilən “Pençe-3” antiterror əməliyyatı bölgəsində daha bir türk əsgəri şəhid olub. Bölgədə PKK terrorçularının hücumuna məruz qalan türk hərbçilərdən biri Alparslan Kurt həlak olub, digəri yaralanıb.
Əməliyyat zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-12-03 01:19:00