×
A
A
A
Sazlamalar

Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçiriləcək

Bakı, 2 dekabr, AZƏRTAC
Cari il dekabrın 4-də Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xarici siyasət 2019-12-02 11:35:00