×
A
A
A
Sazlamalar

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin birinci və üçüncü cümlələrində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin ikinci (hər iki halda) cümləsində və 7-ci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin 3-cü hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin 2-ci və 7-ci hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin 5-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 30-cu maddəsinin 4-cü hissəsində, 32-ci maddəsinin 5-ci və 7-ci hissələrində, 33-cü maddəsinin 4-cü hissəsində, 34-cü maddəsinin 2-ci hissəsində, 36-cı maddəsinin 2-ci, 3-cü və 4-cü (hər iki halda) hissələrində, 37-ci, 38-ci və 45-ci maddələrinin 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 32-ci maddəsinin 5-ci hissəsində və 34-cü maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.3. həmin Qanunun 13-cü maddəsinin 7-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.4. həmin Qanunun 32-ci maddəsinin 7-ci hissəsində “orqan (qurum)” dedikdə yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının təsdiqinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın miqdarının müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
2.5. həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin üçüncü cümləsində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci və 2-ci (ikinci halda) hissələrində, 15-ci maddəsinin 3-cü hissəsində (neftə və qaza münasibətdə Azərbaycan Respublikası Energetika Nazirliyinin iştirakı ilə), 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 33-cü maddəsinin 4-cü hissəsində, 37-ci və 45-ci maddələrinin 2-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 22-ci maddəsinin 2-ci hissəsində, 23-cü maddəsinin 2-ci hissəsində, 38-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.7. həmin Qanunun 22-ci maddəsinin 7-ci hissəsində və 24-cü maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 23-cü maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.9. həmin Qanunun 36-cı maddəsinin dördüncü (birinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
2.10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində və 6-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.11. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində, 18-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.13. həmin Qanunun 7-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi (yeraltı qaz anbarlarına münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;
2.14. həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.15. həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
2.16. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında və 5-ci hissəsində, 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.17. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ətraf mühitə təsirə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;
2.18. həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
2.19. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-11-29 21:01:00