×
A
A
A
Sazlamalar

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-cı maddənin birinci hissəsinin beşinci abzasında “xüsusi razılıq” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə” sözləri ilə əvəz edilsin;
1.2. 8-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq və ya” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilsin;
1.3. 9-cu maddə üzrə:
1.3.1. 1-ci hissənin ikinci və üçüncü abzaslarından “xüsusi razılıqda və ya” sözləri çıxarılsın;
1.3.2. 1-ci hissənin dördüncü abzasından “xüsusi razılığa və ya” sözləri çıxarılsın;
1.3.3. 1-ci hissənin beşinci abzasında “xüsusi razılıqda” sözləri “icazədə” sözü ilə əvəz edilsin;
1.3.4. 1-ci hissənin altıncı abzasından “xüsusi razılığa uyğun” sözləri çıxarılsın;
1.3.5. 1-ci hissənin yeddinci abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılsın, həmin abzasda hər iki halda “xüsusi razılıq” sözləri “icazə” sözü ilə, “müvafiq icra hakimiyyəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
1.3.6. 1-ci hissənin səkkizinci abzasından və 2-ci hissənin on üçüncü abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılsın;

1.4. 10-cu maddə üzrə:
1.4.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir.”;
1.4.2. ikinci hissədə “yerin təkindən istifadəyə xüsusi razılıq” sözləri “dağ-mədən ayırması statusu” sözləri ilə əvəz edilsin;
1.4.3. üçüncü hissədə “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “xüsusi razılığa” sözləri “dağ-mədən ayırması statusuna” sözləri ilə əvəz edilsin və həmin hissəyə “hazırlandıqdan,” sözündən əvvəl “və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi” sözləri və aşağıdakı məzmunda ikinci-beşinci cümlələr əlavə edilsin:
“Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”;
1.4.4. dördüncü hissənin ikinci cümləsinə “sahələrə” sözündən sonra “bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin və həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.4.5. beşinci hissənin ikinci cümləsindən “xüsusi razılıqda” sözləri çıxarılsın;

1.5. 12-ci maddənin altıncı hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılsın;

1.6. 13-cü maddə üzrə:
1.6.1. birinci hissədən “xüsusi razılıq və ya” sözləri çıxarılsın, həmin hissədə “qanunvericiliklə” sözü “bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə və “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.6.2. ikinci hissənin ikinci cümləsində “istisna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri ilə əvəz edilsin;
1.6.3. üçüncü hissədə “Xüsusi razılıq və ya icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;
1.6.4. dördüncü hissədən “xüsusi razılığa və ya” sözləri çıxarılsın;
1.6.5. altıncı hissədən “xüsusi razılıq və ya” sözləri çıxarılsın;
1.6.6. yeddinci hissənin birinci cümləsində “Xüsusi razılıq və ya icazə müvafiq icra hakimiyyəti orqanın” sözləri “İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə və ikinci cümləsində “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz edilsin;

1.7. 14-cü maddə üzrə:
1.7.1. adından “dövlət xüsusi razılıq və ya” sözləri çıxarılsın;
1.7.2. birinci hissədə “Xüsusi razılıq və ya icazə” sözləri “İcazə” sözü ilə və “xüsusi razılıqlar” sözləri “icazələr” sözü ilə əvəz edilsin;
1.7.3. ikinci hissənin birinci abzasında “Xüsusi razılıq və ya icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;
1.7.4. ikinci hissənin dördüncü və altıncı abzaslarından “xüsusi razılıq və ya” sözləri çıxarılsın;

1.8. 15-ci maddə üzrə:
1.8.1. birinci hissənin üçüncü abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılsın;
1.8.2. üçüncü hissədə “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.9. 16-cı və 17-ci maddələrin birinci hissələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.10. 18-ci, 19-cu və 20-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları

Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır:
1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda;
2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa;
3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa;
4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa;
5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda.
Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir.

Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası

Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, yer təki sahəsinin konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, yer təki sahəsinin konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir.
İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir.
Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur.
Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir.
Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

Maddə 20. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi

Yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.”;

1.11. 21-ci maddənin ikinci hissəsindən “məhdudlaşdırıla,” sözü çıxarılsın, həmin hissədə, 22-ci maddənin ikinci və yeddinci hissələrində, 23-cü maddənin birinci və ikinci hissələrində ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.12. 24-cü maddə üzrə:
1.12.1. birinci hissədə “Xüsusi razılığın və ya icazə” sözləri “İcazənin” sözü ilə əvəz edilsin;
1.12.2. beşinci hissədə “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.13. 25-ci maddənin ikinci hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılsın;

1.14. 27-ci maddənin ikinci hissəsində, 30-cu maddənin dördüncü hissəsində, 32-ci maddənin beşinci və yeddinci hissələrində, 33-cü maddənin dördüncü hissəsində və 34-cü maddənin ikinci hissəsində ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.15. 35-ci maddənin ikinci hissəsindən “xüsusi razılıq və ya” sözləri çıxarılsın;

1.16. 36-cı maddə üzrə:
1.16.1. ikinci və üçüncü hissələrdə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.16.2. dördüncü hissədə “yaratdığı quruma” sözləri “müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının” (ikinci halda) sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
1.17. 37-ci və 38-ci maddələrin ikinci hissələrində ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.18. 39-cu maddənin ikinci hissəsinin ikinci abzası ləğv edilsin;
1.19. 43-cü maddənin ikinci hissəsi ləğv edilsin;
1.20. 45-ci maddənin ikinci hissəsindən “xüsusi razılıq və ya icazə verən” sözləri çıxarılsın və həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.21. 46-cı maddənin birinci hissəsinin on üçüncü abzasından “xüsusi razılıq və ya” sözləri çıxarılsın.

Maddə 2. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4 (I kitab), maddə 165; 2007, № 7, maddə 709, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648; 2017, № 6, maddə 1017; 2018, № 2, maddə 144; 2019, № 1, maddələr 20, 43) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci maddə üzrə:
2.1.1. birinci abzasda “dövlət hakimiyyət orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
2.1.2. səkkizinci abzasın əvvəlinə “təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin” sözləri əlavə edilsin;
2.1.3. onuncu abzasa “tullantılarla” sözündən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada” sözləri əlavə edilsin və həmin abzasda “xüsusi razılıq” sözləri “lisenziya və icazə” sözləri ilə əvəz edilsin;
2.1.4. iyirminci abzasa “sertifikatlaşdırılmasının” sözündən əvvəl “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən” sözləri əlavə edilsin;

2.2. 6-cı maddənin üçüncü hissəsində “mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının icazəsi” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi dövlət ekoloji ekspertizasının müsbət rəyi” sözləri ilə əvəz edilsin;

2.3. 8-ci maddənin 1-ci hissəsinin üçüncü abzasında “qanunvericiliklə nəzərdə tutulmuş hallarda” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə, “xüsusi razılıq” sözləri “lisenziya və icazə” sözləri ilə əvəz edilsin;

2.4. 12-3-cü maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən lisenziya əsasında həyata keçirilir.”;

2.5. 14-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

2.6. 15-ci maddənin ikinci hissəsinin onuncu abzası aşağıdakı redaksiyada verilsin:
“təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsinə və strateji ekoloji qiymətləndirməyə dövlət nəzarətinin təşkil edilməsi, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;”;

2.7. 19-cu maddənin ikinci hissəsində “qanunvericilikdə müəyyən olunan qaydada” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü maddənin 3-cü hissəsindən (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

3.2. 5-ci maddə üzrə:
3.2.1. 1-ci hissədən “xüsusi” sözü çıxarılsın;
3.2.2. 3-cü hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Sənaye qaz qurğusunun istismarına icazə qaz təchizatı sahəsində fəaliyyət göstərən şəxsə verilir.”;
3.2.3. 3-cü hissənin ikinci cümləsində “Xüsusi icazə” sözləri “İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və” sözləri ilə əvəz edilsin və həmin hissənin üçüncü cümləsi çıxarılsın;

3.3. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Qaz təchizatı sahəsində fəaliyyət
1. Qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir:
1.1. qazın istehsalı və təbii qazın emalı;
1.2. qazın nəqli;
1.3. qazın paylanması;
1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı;
1.5. sənaye qaz qurğusunun istismarı.
2. Bu maddənin 1-ci hissəsində göstərilən icazələrin verilməsi bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3. Bu maddənin 1-ci hissəsində göstərilən icazələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir və icazə alınması üçün ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər də əlavə olunur:
3.1. nəzərdə tutulan fəaliyyətin əsas göstəricilərinin təsviri;
3.2. qaz qurğularının, müvafiq avadanlıqların sənədləri, sifarişçinin və onun işçilərinin peşə ixtisasları;
3.3. ictimai təhlükəsizlik haqqında memorandum;
3.4. nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin olunması qaydaları üzrə tələb olunan sənədlər;
3.5. qazdan səmərəli istifadə haqqında sənədlər;
3.6. ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd.
4. Qaz təchizatı sahəsində sınaq işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya qaz ekspertləri tərəfindən həyata keçirilir.”;

3.4. 8-ci maddə üzrə:
3.4.1. 1-ci hissədə “bu Qanunun 7-ci maddəsinə uyğun olaraq verilən xüsusi icazə əsasında fiziki və hüquqi şəxslər (özəl və dövlət müəssisələri, laboratoriyalar və institutlar)” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin;
3.4.2. 2-ci hissədə “xüsusi icazə” sözləri “akkreditasiya attestatı” sözləri ilə əvəz edilsin;
3.4.3. 4-cü hissədə “xüsusi icazədə və ya qərarlarda” sözləri “akkreditasiya attestatında” sözləri ilə əvəz edilsin;
3.4.4. 5-ci hissənin ikinci cümləsində “xüsusi icazə verdiyi fəaliyyəti” sözləri “akkreditasiya attestatını” sözləri ilə əvəz edilsin və həmin hissənin üçüncü cümləsi çıxarılsın;

3.5. 9-cu maddə üzrə:
3.5.1. 1-ci, 2-ci və 3-cü hissələrdən “xüsusi” sözü çıxarılsın;
3.5.2. 4-cü hissədə “Xüsusi icazədə” sözləri “İcazədə” sözü ilə əvəz edilsin;

3.6. 12-ci maddənin 4-cü hissəsindən “xüsusi” sözü çıxarılsın;

3.7. 14-cü maddə üzrə:
3.7.1. 1-ci hissədən “xüsusi” sözü çıxarılsın;
3.7.2. 3-cü hissənin birinci cümləsindən “xüsusi” sözü çıxarılsın və həmin hissənin ikinci cümləsində “Xüsusi icazə” sözləri “İcazə” sözü ilə əvəz edilsin;
3.7.3. 4-cü hissədən (hər üç halda) “xüsusi” sözü çıxarılsın;

3.8. 18-ci maddənin 2-ci hissəsindən “xüsusi” sözü çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda 3-6-cı hissələr əlavə edilsin:
“3. Qaz emalı zavodlarının, qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin, bioqaz elektrik stansiyalarının layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
4. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
5. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
6. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı obyektlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

Maddə 4. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657; 2018, № 3, maddə 378) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü maddənin 2-ci hissəsində “xüsusi” sözü “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilsin;

4.2. 4-cü maddənin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu proqramların “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilməsi aparılır.”;

4.3. 4-cü fəslin adından “XÜSUSİ” sözü çıxarılsın;

4.4. 9-cu maddə üzrə:
4.4.1. 3-cü və 4-cü hissələr aşağıdakı redaksiyada verilsin:
“3. Energetika sahəsində aşağıdakı fəaliyyət növləri üzrə müqavilələrin bağlanılması və bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazənin alınması üçün ərizəyə aşağıdakı sənədlərlə yanaşı, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də əlavə edilir:
karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənilməsi, hasilatı və nəqlinə dair layihələr;
neft və qaz emalı zavodlarının layihələndirilməsi;
neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi;
neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi;
gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi;
atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi;
gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;
gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parklarının) layihələndirilməsi.
Ətraf mühitə təsirin müvafiq normalara uyğun olaraq aradan qaldırılması üçün tədbirlər fiziki və ya hüquqi şəxs tərəfindən təqdim edilməzsə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqaviləyə və energetika fəaliyyətinə icazə vermir.
4. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilir.”;
4.4.2. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir.
Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”;

4.5. 10-cu maddə üzrə:
4.5.1. adından və 3-cü hissədən “xüsusi” sözü çıxarılsın;
4.5.2. 1-ci hissənin birinci cümləsində “orqanından qanunvericiliklə müəyyən edilmiş qaydada energetika müqaviləsi və ya ərizə əsasında xüsusi” sözləri “orqanının müəyyən etdiyi orqandan (qurumdan) bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilsin və həmin hissədən ikinci cümlə çıxarılsın;
4.5.3. 4-cü hissədə “Xüsusi icazələr” sözləri “İcazələr” sözü ilə əvəz edilsin;
4.5.4. 5-ci hissədə “xüsusi” sözü “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən” sözləri ilə əvəz edilsin;
4.5.5. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Fiziki və hüquqi şəxsin fəaliyyəti icazə şərtlərinə uyğun olmadıqda, ona verilən icazə bu Qanunla və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dayandırıla və ya ləğv edilə bilər.”;
4.5.6. 7-ci hissənin birinci abzasında “Xüsusi icazələrin” sözləri “İcazələrin” sözü ilə əvəz edilsin, həmin hissənin ikinci və dördüncü (ikinci halda) abzaslarından “xüsusi” sözü çıxarılsın, beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində nəzərdə tutulan digər hüquq və vəzifələri həyata keçirmək.”;

4.6. 12-ci maddənin 1-ci hissəsində “xüsusi icazələrdən” sözləri “icazə şərtlərindən” sözləri ilə əvəz edilsin;

4.7. 13-cü maddənin 2-ci hissəsində (birinci halda) “xüsusi” sözü “bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

4.8. 23-cü maddə üzrə:
4.8.1. 1-ci hissədə “müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi ilə” sözləri “tərəflərin qarşılıqlı razılaşması əsasında” sözləri ilə əvəz edilsin;
4.8.2. 2-ci hissədə “Xüsusi icazə olmadıqda” sözləri “Tərəflər qarşılıqlı razılığa gəlmədikdə” sözləri ilə əvəz edilsin;

4.9. 32-ci maddənin 1-ci hissəsindən “xüsusi” sözü çıxarılsın.

Maddə 5. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 633; 2019, № 1, maddə 30, № 6, maddə 990) “3.4 (ikinci halda), 3.5, 3.6, 3.7” rəqəmləri müvafiq olaraq “3.5, 3.6, 3.7, 3.8” rəqəmləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Qanunlar 2019-11-29 20:47:00