×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 689 nömrəli Fərmanının icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.35-1–8.35-4-cü bəndlər əlavə edilsin:
“8.35-1. peşə təhsili müəssisələrini idarə etmək və fəaliyyətini əlaqələndirmək məqsədilə məlumat bazası yaradır, onun digər təhsil pillələri və səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin edir;
8.35-2. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək və keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırır, bu istiqamətdə analitik və metodik materiallar hazırlayır;
8.35-3. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə) peşə təlimini və ixtisasartırmanı təmin edir;
8.35-4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin edir;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1732, № 8, maddə 1397) ilə təsdiq edilmiş Əlavə II “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci və 3.1.27-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.24-1. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək və keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;”;
“3.1.27-2. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) peşə təlimini və ixtisasartırmanı təmin etmək.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, tabeliyindəki peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin edir və proqnozları tərtib edir;ˮ;
3.2. aşağıdakı məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilsin:
“3.1.14-1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə iş yerlərində və tabeliyindəki peşə təhsili müəssisələrində təcrübə proqramları hazırlayır;ˮ.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-11-29 20:03:00