×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.41-ci yarımbəndində “Tədrisi” sözü “Təhsil” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”nin “Təhsiliniz” hissəsindən və 4 nömrəli əlavə – “Dövlət qulluqçusunun şəxsi vərəqəsi”nin “Ümumi məlumat” hissəsinin 5-ci bəndindən “ilk” sözü çıxarılsın.
3. “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.4-cü bəndinin “Tədbirin adı” sütununda “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521; 2019, № 3, maddə 443, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 4.4-cü bəndinin “Strateji hədəflər” sütununda, 4.4.1-ci və 4.4.2-ci yarımbəndlərinin “Tədbirlər” sütununda, 4.4.3-cü yarımbəndinin “Tədbirlər” və “Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar” sütunlarında “peşə-tədris” sözləri “peşə təhsil” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2106) ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.3.10-cu yarımbəndin “Hədəf” və “Baza göstəricisi və baza ili” sütunlarında və 4.2.7-ci yarımbəndin 7-ci abzasında “tədrisi” sözü “təhsil” sözü ilə əvəz edilsin;
5.2. 4.3.6-cı yarımbənddə “peşə təhsili (ilk peşə-ixtisas, orta ixtisas və ali)” sözləri “təhsil (peşə, orta ixtisas və ali)” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-11-29 19:29:00