×
A
A
A
Sazlamalar

Bakının Baş planının ilkin versiyasının təqdimatı gələn il olacaq

Bakı, 27 noyabr, AZƏRTAC 

Bakı şəhərinin Baş planının ilkin versiyasının təqdimatı 2020-ci ildə olacaq.
AZƏRTAC xəbər veir ki, bu sözləri noyabrın 27-də Bakı şəhərinin Baş planı üzrə yanaşmaların müzakirəsinə həsr edilən Strateji sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev deyib.
Komitə rəsmisi bildirib ki, burada, həmçinin maliyyələşmə məsələləri və layihələrin icra məkanlarının seçilməsi ilə bağlı potensial yeni layihə təklifləri də verilə bilər. Layihələrin maliyyələşmə mənbəyi də fəqlidir. Burada həm özəl investisiyanın, həm də dövlət vəsaitinin yönəldilməsi nəzərdə tutulur.

Tikinti̇ 2019-11-27 16:09:00