×
A
A
A
Sazlamalar

Bakının Baş planı strateji iri layihələr üzrə qurulacaq

Bakı, 27 noyabr, AZƏRTAC

Ötən müddətdə Bakı şəhərinin Baş planı ilə bağlı müzakirələr aparılıb və paytaxtın konsepsiyası nəzərdən keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 27-də Bakı şəhərinin Baş planı üzrə yanaşmaların müzakirəsinə həsr edilən Strateji sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev deyib.
O qeyd edib ki, paytaxtın Baş planı strateji iri layihələr üzrə qurulacaq. Bu istiqamətdə isə artıq bir sıra qurumlar tərəfindən çoxlu sayda təkliflər irəli sürülüb. İndiyədək Baş planla bağlı 59 layihə təklif edilib və 70 fərdi görüş keçirilib.

Tikinti̇ 2019-11-27 15:24:00